Dünya · Globalinfo.az

Polşa-Rusiya sərhədində xüsusi əməliyyat – Nə baş verir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa-Rusiya sərhədində xüsusi əməliyyat – Nə baş verir? xəbəri üçün şəkil

Polşa polisi ordu, Sərhəd Mühafizəsi və xüsusi xidmət orqanları ilə birgə Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə yerləşən Varmiya-Mazuriya və Podlyaskie voyevodalıqlarında xüsusi əməliyyat keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa polisinin baş komendantı Marek Boron RMF FM radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, əməliyyat qabaqlayıcı xarakter daşıyır. Belə ki, ötən həftə Polşa hakimiyyəti Hərbi Kəşfiyyat Xidmətindən və müttəfiq ölkələrin kəşfiyyat qurumlarından yaxın günlərdə Rusiya ilə sərhəddə təxribatların, o cümlədən silahlı qrupların sərhədi yarmaq cəhdlərinin baş verəcəyi barədə xəbərdarlıq alıb.

Boronun sözlərinə görə, əməliyyata Polşa Polis Baş İdarəsində yaradılan qərargah rəhbərlik edir. Prosesə Olsztyn və Bialystok şəhərlərindəki regional polis idarələri də cəlb olunub. Bir neçə voyevodalıqdan sərhədyanı ərazilərə əlavə qüvvələr göndərilib, həmçinin antiterror bölmələri də əməliyyatda iştirak edir.

Əsas məqsəd yerli sakinləri və müəssisələri qorumaq, insanların təhlükəsizliyinə təhdid yarada biləcək istənilən hadisənin qarşısını almaqdır.

Polis rəisi əməliyyatın Polşanın üzləşdiyi təxribatlar, sabotajlar və “Şərq xidmətlərinin” hibrid fəaliyyətləri ilə əlaqəli olduğunu bildirib. Bununla yanaşı, o, əməliyyatın Konstitusiya Tribunalı ətrafında yaranan böhranla hər hansı əlaqəsinin olması barədə ehtimalları rədd edib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑