Dünya · Globalinfo.az

Pezeşkiandan gözlənilməz addım: Nazirləri topladı, görüntülər gündəm oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkiandan gözlənilməz addım: Nazirləri topladı, görüntülər gündəm oldu xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkianın nazirlərlə keçirdiyi hökumət iclasına dair yayılan yeni fotolar toplantının yeraltı məkanda təşkil oluna biləcəyi ilə bağlı ehtimallara səbəb olub.

Globalinfo.az xəbər verir ki, görüntülərin əvvəlki iclaslardan çəkilmiş fotolarla müqayisəsi toplantının bu dəfə daha kiçik və fərqli zalda keçirildiyini göstərir. Məkanın quruluşu onun yeraltı obyekt və ya sığınacaq ola biləcəyi barədə iddiaları gündəmə gətirib.

Bu ehtimallar İsrail və ABŞ-nin İrana qarşı mümkün yeni hücumları ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Bəzi müşahidəçilər məkan dəyişikliyini İran rəsmilərinin təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə əlaqələndirirlər.

Bununla belə, hökumət iclasının həqiqətən yeraltı sığınacaqda keçirildiyi barədə məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Fotoların çəkildiyi məkanın dəqiq yeri də məlum deyil.

İran rəsmiləri ölkənin hərbi imkanları və mümkün münaqişəyə hazırlığı barədə açıqlamalar versələr də, iclasın keçirildiyi ehtimal olunan məkan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

WhatsApp Image 2026 10 17 at 00.53.21 1

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑