Dünya · Globalinfo.az

Nazir 20-dən çox ölkəyə səsləndi: “Müharibəyə hazır olun!”

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nazir 20-dən çox ölkəyə səsləndi: “Müharibəyə hazır olun!” xəbəri üçün şəkil

Almaniyanın səhiyyə naziri Karsten Linne­mann Avropa İttifaqı (Aİ) ölkələrini mümkün müharibə şəraitində yarana biləcək böhranlara hazırlaşmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı məlumat yayıb.

“Acı həqiqət odur ki, biz səhiyyə sistemlərimizi müharibə ilə əlaqəli böhranlara hazırlamalıyıq”, – deyə Linnemann Berlində keçirilən Ümumdünya Səhiyyə Konfransında bildirib.

O, hazırda səhiyyə siyasətinin təhlükəsizlik siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, Avropa İttifaqına üzv ölkələr səhiyyə sistemlərini və əhalini potensial təhlükələrə hazırlamaq üçün Ukraynadakı münaqişədən dərs çıxarmalıdırlar.

Linnemann, həmçinin Almaniya hökumətinin səhiyyə sahəsində təchizat zəncirlərinin gücləndirilməsi, tibbi personalın daha yaxşı hazırlanması, informasiya-kommunikasiya sistemlərinin qorunması və sərhədlərarası əməkdaşlığın qurulmasını nəzərdə tutan qanun layihəsi hazırladığını xatırladıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın yenidən silahlanmasının Avropadakı qonşu ölkələrdə narahatlıq yaratdığı bildirilmişdi.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑