Dünya · Bizim.Media

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı 1600-ə yaxın yeni sanksiya mövqeyini təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.
 

"Bu, Rusiyanın başlatdığı müharibənin əvvəlindən bəri sanksiya siyahımızın ən irimiqyaslı genişlənməsidir. Avropa bir daha birlik nümayiş etdirir. Yeni sanksiyalarımızın yarısından çoxu ballistik raketlərin istehsal zənciri ilə bağlıdır", - o yazıb.


Kallasın sözlərinə görə, Aİ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və bahalaşdırır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑