ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə etdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı məlumat yayıb.
Bununla belə, İsrailin təhlükəsizlik sistemindəki yüksək vəzifəli şəxslər oktyabrda keçiriləcək seçkilərdən əvvəl yeni hərbi əməliyyatın başlanmasını real hesab etmirlər.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu da seçkilərdən əvvəl hərbi əməliyyat keçirməkdə maraqlı deyil.
Safura Bənnayeva
Globalinfo.az





