İndoneziyanın Sulavesi adasının şimalında, Minahasa yarımadası ərazisində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Gorontalo şəhərindən 154 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 184 kilometr dərinlikdə olub.
İlkin məlumatlara əsasən, dağıntılar və xəsarət alanlar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.
Safura Bənnayeva
Globalinfo.az




