Dünya · Globalinfo.az

“İllərdir deyirdik, Obama axır ki, etiraf etdi” – Zaxarova

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İllərdir deyirdik, Obama axır ki, etiraf etdi” – Zaxarova xəbəri üçün şəkil

“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası Ukraynaya xəyanət edib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Obama administrasiyası ukraynalılara Qərbin maddi imkanlarını vəd edib, əvəzində isə onlardan öz tarixlərini unutmağı və milli maraqlarından imtina etməyi gözləyib.

Zaxarova bu açıqlamanı Obamanın ABŞ-ın hazırkı prezidenti Donald Trampın Ukrayna siyasətini tənqid etməsindən sonra verib.

“Obama ABŞ-ın ukraynalılara xəyanət etdiyini bildirdi. Nəhayət, Obamanın dilindən çoxdan danışdığımız məsələnin etirafı səsləndi”, – deyə siplomat qeyd edib.

Xatırladaq ki, Obama oktyabrın 28-də Atlantada keçirilən mitinqdə ABŞ-ın ukraynalılara xəyanət etdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑