Mədəniyyət · Globalinfo.az

İki türk liderin arxasındakı tablonun sirri – Mənası nədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki türk liderin arxasındakı tablonun sirri – Mənası nədir? xəbəri üçün şəkil

Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. Səfər çərçivəsində Prezident Türkmənistan lideri Sərdar Berdiməhəmmədovla görüşüb. Görüşün keçirildiyi zalda divara vurulmuş tablo isə xüsusi diqqət çəkib.

Qeyd edim ki, tabloda təsvir edilən at Ahal-Təkə cinsinə aid atdır. Üzərində Türkmən milli simvolikasına aid yəhər aydın seçilir.

Türkmənistanda at sadəcə heyvan deyil: Ahal-Təkə milli kimliyin ən güclü simvollarından biri hesab edilir. Türkmən mədəniyyətində bu atlar həm də mifoloji “qanadlı”, “səmavi” atlar kimi təqdim edilir.

Türkmənistan dövləti həm də Ahal-Təkəni xalqın azadlıq ruhu, gücü, gözəlliyi və milli irsi ilə əlaqələndirir. Hətta 2026-cı ilin dövlət şüarı “Müstəqil, bitərəf Türkmənistan – məqsədyönlü qanadlı atların vətənidir” formasındadır. Yəni bu fotodakı at Türkmənistanın özünü necə təqdim etdiyini göstərən milli kodlardan biridir.

Digər maraqlı məqam isə atın ağ rəngli olmasıdır. Türkmən mədəniyyətində ağ Ahal-Təkə atı xüsusi estetik və simvolik məna daşıyır. Rəsmi Türkmənistan mənbələrində ağ atlar gözəllik, nəciblik, azadlıq və milli qürur obrazı kimi təqdim edilir. Ahal-Təkə atının təsviri ölkənin tarixindən gələcəyə doğru hərəkətin simvolu kimi də işlədilir.

At həm də Azərbaycan-Türkmənistan münasibətlərinin simvoludur. Belə ki, 2025-ci ilin avqustunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından Prezident İlham Əliyevə “Taus” adlı Ahal-Təkə atı hədiyyə edilmişdi. Prezident İlham Əliyev isə Ahal-Təkəni Türkmənistanın milli brendi adlandıraraq onu Qarabağ atı ilə müqayisə etmişdi. Daha da maraqlısı odur ki, 2026-cı ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atı hədiyyə edib.

Əslində, atların adları da maraqlıdır. “Taus” türkməncə “tovuz quşu” deməkdir. Türkmənistanda “Taus” gözəllik və zəriflik mənalarında da işlədilir. Ahal-Təkə atı at cinsləri içərisində gözəlliyi zərifliyi ilə seçilir.

“Mərd” isə Azərbaycan dilində cəsur, igid, qorxmaz, şərəfli insan mənasını verir. Bu ad Qarabağ atı üçün seçiləndə kifayət qədər aydın milli-simvolik məna yaranır.

Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑