Dünya · Globalinfo.az

İki liderdən Putinə zəng gəldi: müharibə mesajı…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki liderdən Putinə zəng gəldi: müharibə mesajı… xəbəri üçün şəkil

Finlandiya Prezidenti Aleksandar Stubb və Norveçin Baş naziri Yunas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Prezident Administrasiyası açıqlama yayıb.

Telefon danışığını şərh edən Stubb bildirib ki, müzakirələr birbaşa və konkret məsələlər ətrafında aparılıb.

O, Rusiyanın Finlandiya və Norveçlə qonşu olduğunu xatırladaraq, müharibənin hansı şərtlərlə başa çatmasının təkcə bu iki ölkənin deyil, bütövlükdə Avropa İttifaqının (Aİ) təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Finlandiya liderinin sözlərinə görə, müharibənin dayandırılması üçün tərəflər arasında birbaşa danışıqların aparılması zəruridir.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑