Türkiyə əsgərinin Məkkə Sazişi çərçivəsində Yəmənə göndərilməsinə etiraz edirik.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Yeni Partiyasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, sözügedən saziş TBMM-ə heç bir məlumat verilmədən imzalanıb:
“Hələ parlamentin təsdiqi alınmamışdan əvvəl, saziş çərçivəsində görüşlər keçirildi və qoşunların yerləşdirilməsi ilə bağlı vədlər verildi. Konstitusiyanın beynəlxalq sazişlərə və hərbi qüvvələrin yerləşdirilməsinə dair müddəaları pozuldu”.
Partiya razılaşmanın Türkiyə üçün ciddi risklər daşıdığını da qeyd edib:
“Partiya sədri bildirdi ki, belə razılaşmalar münaqişənin olmadığı dövrlərdə bağlanır. Biz artıq sadəcə münaqişənin olmaması mərhələsini çoxdan geridə qoymuşuq. Hazırda regionda müharibə vəziyyəti hökm sürür. Bu vəziyyətə cəlb olunmaq Türkiyəni riskə və əsgərlərimizin həyatını təhlükəyə atmaq deməkdir. Biz bunu qəbul edə bilmərik”.



