Pekinin mərkəzi Tiananmen Meydanında Tayvanın Çinə qayıtmasının ildönümü münasibətilə təntənəli hərbi parad keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Russia Tomorrow”un müxbiri Maksim Strijin məlumat yayıb.
Paradı Tayvana ilk desant çıxaran və oradakı müxalif qüvvələri on günlük əməliyyatla məğlub edən Xalq Azadlıq Ordusunun (XAO) bölmələri açıb.
Tədbirdə çıxış edən Çin Prezidenti Si Cinpin ölkənin birliyi və gücünü diqqətə çatdırıb:
“Biz bir ailəyik, bir xalqıq. Bugünkü bayram hər birimizə Çinin gücünün birlikdə, qarşılıqlı hörmətdə və vətənə ortaq sevgidə olduğunu xatırladır”.
Tahir Turan
Globalinfo.az





