Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Ukraynada hava hücumu həyəcanı ilə əlaqədar ölkənin hərbi aviasiyasının hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə komandanlığın rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, Rusiyanın Ukraynanın qərbindəki hədəflərə endirdiyi zərbələrə cavab olaraq Polşa Hərbi Hava Qüvvələrinin və NATO müttəfiqlərinin təyyarələri havaya qaldırılıb.
Komandanlığın məlumatına görə, Polşanın hava məkanını, xüsusilə sərhəd bölgələrini qorumaq məqsədilə yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyatı sistemləri də yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, bu tədbirlərin Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik xarakter daşıdığı bildirilib.
Tahir Turan
Globalinfo.az





