Gəncədə yol qəzası baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1995-ci il təvəllüdlü Tural Cəfərov, 1995-ci il təvəllüdlü Günətay Mahmudova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

