Fransada Trapp kommunasında yoldan keçən insanlara atəş açmaqda şübhəli bilinən şəxsin mənzilində aparılan axtarış zamanı Hitlerə məxsus kitab aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat yayıb.
“Kevin T.-nin evində “Mein Kampf” kitabının bir nüsxəsi, həmçinin Bibliya və Quran aşkarlanıb”, – deyə bildirilib.
Kişinin mənzilində elektrik naqillərinə və taymerə qoşulmuş üç qaz balonu da tapılıb.
Hüquq-mühafizə orqanları onun avtomobilində isə “Sten” markalı avtomat silah və gözyaşardıcı qaz balonu aşkar ediblər.
Qeyd edək ki, oktyabrın 23-də kişi Parisin cənub-qərbində yerləşən İvelin departamentinin Trapp kommunasında atəş açıb. Hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən ölüb, dörd nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var.
Hadisə Fransada genişmiqyaslı iğtişaşların baş verdiyi dövrə təsadüf edib. Etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə orta məktəb şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı da çıxış ediblər.
Əliyar Xəlil
Globalinfo.az




