Belqradda Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin anası Angelina Vuçiçə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Blic” nəşri məlumat yayıb.
Hadisə oktyabrın 25-də, qadın növbədənkənar parlament seçkilərində səs verdikdən sonra Kalenic bazarından qayıdarkən baş verib.
“Informer” nəşrinin məlumatına görə, bir neçə kişi qadını təhqir edib, onu itələyib və ərzaq olan çantalarını əlindən alıb.
Hadisənin təfərrüatları və münaqişənin başvermə şəraiti araşdırılır.
Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası (SNS) ehtimal olunan hücumu pisləyib və hüquq-mühafizə orqanlarını hadisənin bütün hallarını müəyyənləşdirməyə çağırıb. Partiya nümayəndələri etiraz hərəkatı tərəfdarlarının hadisəyə mümkün aidiyyətinin olduğunu bildiriblər.
Qeyd edək ki, bu gün, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir.
Bizim.Media
