Dünya · Globalinfo.az

Fransada etirazlar davam edir: Parisdə nümayişlərə məhdudiyyət qoyuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlar davam edir: Parisdə nümayişlərə məhdudiyyət qoyuldu xəbəri üçün şəkil

Paris polisi cümə axşamı və cümə günləri keçiriləcək nümayişlərə qismən qadağa tətbiq edib.

Globalinfo.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, məhdudiyyətlər tələbələrin cümə axşamına planlaşdırdığı aksiyaya da şamil olunub.

Prefektura etiraz aksiyasının keçirilməsinə icazə versə də, küçələrdə yürüş təşkil edilməsini qadağan edib.

Məhdudiyyətlər cümə gününə planlaşdırılan digər nümayişlərə də şamil olunub. Həmin aksiyalardan biri “sarı jiletlilər”, digəri isə ticarətçilərin həmkarlar ittifaqı tərəfindən təşkil edilib.

Fransada etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı etiraz etməyə başlayıblar.

Əliyar Xəlil,

Globalinfo.Az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑