İdman · Globalinfo.az

FIFA U-15: bağlanış mərasimi keçirildi – FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA U-15: bağlanış mərasimi keçirildi – FOTOLAR xəbəri üçün şəkil

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, tədbir Bakı Kristal Zalında baş tutub.

Bağlanış şousu hər biri Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən 8 səhnədən ibarət olub.

Şou zamanı uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqslərlə təqdim olunması və atlı fiqurun çıxışı nümayiş etdirilib.

Eyni zamanda, nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında kompozisiyası, “Sarı Gəlin” sədaları altında milli rəqs, Azər Nəsibovun 189 nəfərlik xor ilə işıq dairələrindəki çıxışı və nəhayət, iştirakçıların meydanı tərk edərək çempionatın loqosu ilə tədbiri yekunlaşdırması tamaşaçılara təqdim olunub.

Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.

Bu gün saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər. Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.

bf 2 bf 3 bf 4 bf 5 bf 6 bf 7 bf 8 bf 9 bf 10 bf 11 bf 12

X X X

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

Globalinfo.az bildirir ki, tədbir Bakı Kristal Zalında keçirilir.

Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.

Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.

Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.

***10:20

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.

Globalinfo.az bildirir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.

Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.

Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.

A Divizionu

Final

18:00. Çexiya – İspaniya

B Divizionu

Final

15:00. Portuqaliya – Zambiya (33-cü yer uğrunda)

C Divizionu

Final

13:30. Tunis – Belarus (65-ci yer uğrunda)

D Divizionu

Final

12:00. Kanada – Tacikistan (97-ci yer uğrunda)

E Divizionu

Final

10:30. Mərkəzi Afrika Respublikası – Banqladeş (129-cu yer uğrunda)

F Divizionu

Final

09:00. Yeni Zelandiya – Efiopiya (161-ci yer uğrunda)

Xatırladaq ki, Çexiya – İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑