Naxçıvan Muxtar Respublika Stadionunda məktəbli oğlan və qızlar arasında atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi təşkil olunub.
Futbolpress.az xəbər verir ki, 100, 200, 400, 800 və 1500 metr məsafələri əhatə edən yarışda 60 şagird mükafatlar uğrunda qüvvəsini sınayıb.
Yekun nəticələrə əsasən, qızlar arasında Dilək Məmiyeva (100 m), Aysel Hüseynova (200 m), Rüqəyyə Məmmədli (400 m), Gültac Quliyeva (400 m) və Rübabə Həsənova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oğlanların mübarizəsində isə Caner Heydərli (100 m), Murad Muradov (200 m), Diyar Eyvazov (400 m), Ayxan Sadiqli (800 m) və Özgür Cabbarlı (1500 m) qızıl medal qazanıblar.
İlk üç yerin sahiblərinə diplom, medal və qiymətli hədiyyələri gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

