İdman · AZƏRTAC

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federaisyasından AZƏRTAC-a verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşvilidən üstün olub.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) qızıl, Rəşad Yelkiyev (66 kiloqram) isə bürünc medal əldə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑