Gündəm · Globalinfo.az

Ev alıb kirayə vermək sərmayəni neçə ilə geri qaytarır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ev alıb kirayə vermək sərmayəni neçə ilə geri qaytarır? xəbəri üçün şəkil

Azərbaycanda mənzillərin kirayəyə verilməsindən əldə olunan gəlir hesabına onların dəyərinin ödənilməsi müddəti uzanıb. Hazırda mənzilin dəyərinin kirayə gəlirləri hesabına geri qazanılması üçün təxminən 23 il tələb olunur.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair “Maliyyə Sabitliyi Hesabatı”nda məlumat verilib.

Hesabata görə, 2026-cı il iyunun sonuna ölkə üzrə təklif olunan mənzillərin median aylıq kirayə haqqı 917 manat təşkil edib. Bu göstərici əsasında hesablanan daşınmaz əmlakın kapitalizasiya müddəti 23 ilə yüksəlib. Ötən ilin sonu ilə müqayisədə bu müddət 2.1 il artıb.

Mərkəzi Bank müddətin uzanmasını mənzil qiymətlərinin bahalaşması və kirayə haqlarının həmin artımla müqayisədə nisbətən aşağı səviyyədə qalması ilə əlaqələndirib.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin ilk yarısında mənzil qiymətləri illik müqayisədə 8.4 faiz artıb. İlkin mənzil bazarında qiymət artımı 12.7 faiz, təkrar mənzil bazarında isə 8.3 faiz təşkil edib.

Beləliklə, mənzil qiymətlərinin kirayə haqlarından daha sürətlə artması daşınmaz əmlaka yatırılan vəsaitin kirayə gəlirləri hesabına geri qazanılması müddətini uzadıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑