ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin yaxın vaxtlarda əhəmiyyətli dərəcədə azalacağını bildirib. O, İranla qarşıdurmanın da tezliklə başa çatacağına ümid etdiyini qeyd edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu fikirləri Kolumb Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı səsləndirib.
ABŞ Prezidenti dizel yanacağı ilə bağlı mühüm xəbərlərin olduğunu vurğulayaraq İranın nüvə silahı əldə etməsinin qarşısının alındığını deyib.
Tramp İranın ordusu, hərbi dəniz və hava qüvvələri, eləcə də hava hücumundan müdafiə sistemləri artıq mövcud olmadığını da bildirib. Onun sözlərinə görə, bu proseslərin nəticəsində yanacağın qiymətləri kəskin şəkildə aşağı düşəcək və qarşıdurma yaxın zamanda sona çatacaq.




