Dünya · Globalinfo.az

Dünyanı gözləyən iki fəlakət: liderlərə çağırış edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanı gözləyən iki fəlakət: liderlərə çağırış edildi xəbəri üçün şəkil

“Nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadə 2100-cü ilədək bəşəriyyətin mövcudluğunu təhlükə altına sala bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Lancet” jurnalının ekspertlərinin hazırladığı qiymətləndirmədə bildirilib.

Mütəxəssislər bu ssenariləri sivilizasiyanın gələcəyi üçün müəyyənləşdirilmiş 17 əsas risk sırasına daxil ediblər:

“Nüvə münaqişəsi zamanı atmosferə yayılan hissəciklər günəş işığının Yer səthinə çatmasını əngəlləyə, temperaturun kəskin azalmasına və genişmiqyaslı aclığa səbəb ola bilər. Süni intellektin isə bioloji silahların hazırlanması və istifadəsi üçün tətbiq olunması mümkündür”.

Bununla belə, tədqiqatçılar nüvə müharibəsi ssenarisinin reallaşma ehtimalının aşağı olduğunu vurğulayıblar.

Alimlərin diqqət çəkdiyi digər ciddi təhlükələr sırasında iqlim dəyişikliyi, pandemiyalar, bakteriyaların antibiotiklərə davamlılığının artması, silahlı münaqişələr və havanın çirklənməsi də yer alıb.

Ekspertlər dünya liderlərini riskləri qabaqcadan azaltmağa, innovasiyalara investisiya yatırmağa və səhiyyə sistemlərini gücləndirməyə çağırıblar.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑