Dünya · Globalinfo.az

Britaniya müharibəyə hazırlaşır? – Folklend böhranı yenidən alovlana bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniya müharibəyə hazırlaşır? – Folklend böhranı yenidən alovlana bilər xəbəri üçün şəkil

Argentina tərəfindən mümkün işğal cəhdi zamanı Folklend adalarını müdafiə etmək və geri almaq məqsədilə Britaniya hərbçiləri təlim keçiblər. Bu addım Londonun mümkün təhdidlər qarşısında seyrçi qalmayacağı barədə bəyanatları fonunda atılıb. “The Times” qəzetinin məlumatı bölgədə yeni hərbi gərginlik ehtimalını gündəmə gətirib.

Dünya yeni bir münaqişəyə hazırlaşırmı? Folklend adaları ətrafında gərginliyin yenidən artması hansı nəticələrə səbəb ola bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev hesab edir ki, baş verənləri iki mümkün versiya ilə izah etmək olar:

“Birincisi, dünya artıq beynəlxalq normaların işləmədiyi, hüquqa hörmətin azaldığı və köhnə münaqişələrin yenidən qızışdığı bir mərhələyə gəlib. Problemlərin sülh yolu ilə deyil, hərbi güc vasitəsilə həlli meyli güclənir. Bu cür yanaşma bəzən nəticə versə də, bəzi hallarda uzunmüddətli müharibələrə səbəb olur.

Turab rzayev 2 e1755852093568 900x575 1

Turab Rzayev

Britaniya ehtiyat edir ki, Argentina daxilində populizmin gücləndirilməsi üçün Folklend məsələsi yenidən gündəmə gətirilə bilər. Buna görə də London mümkün addımların qarşısını almaq və Buenos-Ayresi çəkindirmək məqsədilə hərbi hazırlıq nümayiş etdirir.

İkinci versiya isə son dövrlərdə gərginləşən İsrail–Böyük Britaniya münasibətləri ilə bağlıdır. Britaniyanın Fələstinə dəstək verməsi Təl-Əvivlə London arasındakı münasibətlərə təsir göstərib. Belə bir şəraitdə Britaniya İsrailin Argentina ilə əməkdaşlıq edərək ona yardım göstərə biləcəyindən ehtiyat edə və bu səbəbdən hərbi hazırlığını gücləndirə bilər”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑