Dünya · Globalinfo.az

BMT təcili hərəkətə keçdi: Bu ölkə ilə bağlı çağırış

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT təcili hərəkətə keçdi: Bu ölkə ilə bağlı çağırış xəbəri üçün şəkil

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yəməndə şiddətlənən hərbi əməliyyatlarla bağlı tərəflərə müraciət edərək onları təmkinli olmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, BMT rəhbəri bu barədə bəyanatını “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşıb.

Quterreş Yəməndə müşahid olunnan zorakılıq hallarını kəskin şəkildə pisləyib və İran tərəfindən dəstəklənən husi üsyançılarının Səudiyyə Ərəbistanındakı mülki obyektləri hədəf alan hücumlarının qəbuledilməz olduğunu bildirib.

Baş katib vurğulayıb ki, üsyançıların bu addımları dinc əhaliyə böyük əziyyətlər yaşadır və regionda onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirir.

Münaqişənin həlli yollarına toxunan Quterreş qeyd edib:

“Bizə təmkinlik lazımdır, Yəmənin isə aydın siyasi üfüqlərə ehtiyacı var”.

Tahir Turan
Globalinfo.az

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑