Siyasət · Globalinfo.az

Bakı ilə münasibətlərimizi görün kimə görə pozuruq – Yılmaz Özdil FAKTLARI AÇDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı ilə münasibətlərimizi görün kimə görə pozuruq – Yılmaz Özdil FAKTLARI AÇDI xəbəri üçün şəkil

“Azərbaycan dünyada bizi sevən yeganə ölkədir. İki dövlət, bir millət! Amma baxırıq ki, hətta Azərbaycanla münasibətlərimiz belə pozulmaq həddinə çatır”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış yazıçı-jurnalist Yılmaz Özdil deyib.

O bildirib ki, bir çox insan məsələnin hicabla bağlı olduğunu düşünür, lakin əsl problem daha dərindədir:

“Azərbaycan İsraillə hərbi müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladı. Elə həmin gün, yəni Azərbaycanla İsrail arasında hərbi müdafiə əməkdaşlığı sazişinin imzalandığı gün Ermənistanın paytaxtı İrəvanda hərbi ticarət sərgisinin açılışı keçirildi. Bu sərginin açılışında cəmi iki ölkə iştirak edirdi: Ermənistan və İran. Çünki Ermənistandakı həmin sərgini İranın təşkil etmişdi.

Eyni gün baş verən iki hadisəyə diqqət edin: İran Ermənistanın yanında dayanır, İsrail isə Azərbaycanın yanında.

Çünki onlar dünyaya hər zaman öz paytaxtlarından baxırlar. Yəhudi İsrail və müsəlman Azərbaycan, müsəlman İran və xristian Ermənistan…

Bizdən başqa heç kim hadisələrə din və məzhəb prizmasından yanaşmır. Hər kəs öz paytaxtından baxır, öz xalqının maraqlarını hesablayır. Bakı ilə Təl-Əviv, Tehranla İrəvan… Hər kəs dünyanı öz paytaxtının maraqları çərçivəsində qiymətləndirir.

Yəni burnumuzun dibində bu qədər dərin və strateji ittifaqlar qurulur. Biz isə başımızı Fələstin məsələsinə və hicaba qarışdırmışıq”.

Yılmaz Özdil vurğulayıb ki, Türkiyə Azərbaycanın milli dövlət quruculuğu prosesinə müdaxilə etməməlidir:

“Fələstin Prezidenti Mahmud Abbas məhz 29 oktyabrda, Türkiyədə Respublika Günü qeyd edilən tarixdə Kiprin yunan hissəsinə səfər etdi. Tarixi xüsusi olaraq seçdi. Bununla da Kiprin yunan administrasiyasının yanında olduğunu, Şimali Kipri isə nəzərə almadığını bir daha nümayiş etdirdi. Biz isə bu fələstinlilərə görə canımız Azərbaycanla münasibətlərimizi korlayırıq”.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑