Dünya · Globalinfo.az

Bacısı Lindsi haqda elə şeylər dedi ki… – Mühüm Rusiya detalı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bacısı Lindsi haqda elə şeylər dedi ki… – Mühüm Rusiya detalı xəbəri üçün şəkil

“ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə sözün əsl mənasında aludə olmuşdu”.

Globalinfo.az xəbər verir ki, bu barədə onun bacısı Darlene Qrem “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

O, sözügedən layihəni dəstəklədiyini etiraf edib.

D.Qrem 2026-cı ilin yayında qardaşının Senatdakı yerini tutduqdan və and içdikdən sonra ABŞ Prezidenti Donald Trampla Ağ Evdəki Oval kabinetdə görüşdüyünü bildirib:

“Lindsi Qrem Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırmağa çalışıb və mümkün nəticələrə görə məsuliyyəti üzərinə götürməyi təklif edib”.

“WSJ”nin məlumatına görə, Tramp bu addımı atmağa həvəsli olmayıb.

Darlene Qremin sözlərinə görə isə mərhum Lindsi Qrem Rusiyanın neftini ən çox idxal edən beş ölkəyə 100 faizə qədər gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan təşəbbüsün həyata keçirilməsində israrlı olub.

Qəzet yazır ki, ABŞ Prezidenti sonradan Rusiyaya qarşı sanksiyaların böyük hissəsinin tətbiqini dayandırıb. Bu isə Darlene Qremdə məyusluq yaradıb.

Xatırladaq ki, senator Lindsi Qrem iyulun 11-də qısa və qəfil xəstəlikdən sonra vəfat edib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑