Dünya · Globalinfo.az

Aİ liderlərindən Zelenski açıqlaması: “Təzyiq etməmişik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ liderlərindən Zelenski açıqlaması: “Təzyiq etməmişik” xəbəri üçün şəkil

Avropa İttifaqına üzv ölkələrin liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə  Donald Trampa qarşı açıqlamalarının tonunu yumşaltmaq məqsədilə heç bir təzyiq göstərməyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Brüsseldə liderlər arasında keçirilən danışıqların məzmunundan xəbərdar olan dörd avropalı diplomata istinadən məlumat yayıb.

Jurnalistlər Aİ liderlərinin Zelenskini Trampla ünsiyyətdə daha yumşaq mövqe tutmağa inandırmaq niyyəti barədə yayılan məlumatları Danimarkanın Baş naziri Mette Frederiksendən soruşublar.

O, bu iddiaların reallığı əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “Newsmax” telekanalına müsahibəsində Ukrayna liderini Rusiyanın neft emalı zavodlarına hücumlara görə yenidən tənqid edib.

O, həmçinin Zelenskinin ABŞ-ın münasibət saxlamalı olduğu şəxs sayılmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑