Dünya · Globalinfo.az

ABŞ-dan İrana sərt xəbərdarlıq: Munir Tehrana hansı mesajlarla gəlib?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-dan İrana sərt xəbərdarlıq: Munir Tehrana hansı mesajlarla gəlib? xəbəri üçün şəkil

Pakistanın müdafiə qüvvələrinin komandanı, feldmarşal Asim Munir Tehrana səfəri zamanı ABŞ-ın İran rəhbərliyinə ünvanladığı sərt xəbərdarlığı çatdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Asim Munirin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşü regionda gərginliyin azaldılması və danışıqlar prosesinin bərpası üçün yeni imkanların yaradılması məqsədi daşıyıb.

Mənbələrin məlumatına görə, münaqişə tərəfləri arasında vasitəçilik edən Munir ABŞ-ın sərt xəbərdarlığını İran tərəfinə çatdırıb. O, həmçinin Səudiyyə Ərəbistanı ilə bağlı məsələnin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomatik və hərbi nümayəndə heyətinin rəhbəri kimi Tehrana gələn Asim Munir İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Bağır Qalibafla da görüşlər keçirib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑