Dünya · Globalinfo.az

ABŞ-ın bazasında BYD avtomobillərinə qadağa qoyuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın bazasında BYD avtomobillərinə qadağa qoyuldu xəbəri üçün şəkil

Çinin BYD şirkətinə məxsus avtomobillərin ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava prefekturasında yerləşən bazasına daxil olmasına qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı bu qərarı təhlükəsizlik səbəbilə qəbul edib. Məqsəd nəqliyyat vasitələrindəki kameralar və sensorlar vasitəsilə hərbi obyektlə bağlı məlumatların sızmasının qarşısını almaqdır.

Bildirilib ki, oxşar məhdudiyyətlərin ABŞ-ın Cənubi Koreyada və digər ölkələrdə yerləşən hərbi bazalarında da tətbiqi mümkündür.

Okinavadakı ABŞ qüvvələrinin zabiti Alli Stormer açıqlamasında BYD avtomobillərinin hərbi qulluqçular və hərbi baza üçün qəbuledilməz, qarşısı alınması mümkün olmayan risklər yaratdığını bildirib. Bununla belə, o, konkret təhlükələrin nədən ibarət olduğunu açıqlamayıb.

Qeyd edək ki, Okinavadakı aviabaza ABŞ-ın Hind-Sakit okean regionunda yerləşən strateji əhəmiyyətli hərbi obyektlərindən biri hesab olunur.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑