Dünya · Globalinfo.az

50 ildir edam olunacağını gözləyir… – Dəhşətli cinayətin təfərrüatı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
50 ildir edam olunacağını gözləyir… – Dəhşətli cinayətin təfərrüatı xəbəri üçün şəkil

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis 50 ildir edamını gözləyən 74 yaşlı Uilyam Tompsonun ölüm hökmünü ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti qubernatorun məktubuna istinadən məlumat yayıb.

Qərar edamın icrasına beş gün qalmış verilib. Ştat həbsxanasının rəhbərinə ünvanladığı məktubda DeSantis qərarının səbəbini açıqlamayıb. Halbuki ölüm hökmünün icrası ilə bağlı əmri əvvəllər özü imzalayıb.

Qəzetin məlumatına görə, qərar Tompsonun demensiyadan əziyyət çəkməsi ilə bağlı ola bilər. ABŞ qanunvericiliyinə əsasən, cəzasının səbəbini və mahiyyətini dərk edə bilməyən şəxslərin edamına yol verilmir. Həkimlər də Tompsonun baş verənləri anlamadığını təsdiqləyiblər.

Tompson 1976-cı ildə gənc qadına işgəncə vermək və onu pul əldə etmək məqsədilə qətlə yetirməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib. Polis həmin cinayəti Mayami-Deyd dairəsində törədilmiş “ən dəhşətli qətl” kimi xarakterizə edib.

Onun barəsində çıxarılan ölüm hökmü bir neçə dəfə ləğv edilib və yenidən qüvvəyə minib. Edamın icrası isə iki dəfə təxirə salınıb.

Tompson 1989-cu ildən ölüm hökmünü gözləyən məhkumlar üçün nəzərdə tutulan kamerada saxlanılır. Vəkilinin sözlərinə görə, Tompson qarşıda onu edamın gözlədiyini və cəzanın səbəbini dərk etmək üçün zəruri əqli qabiliyyətini itirib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑