“Atletiko”nun (Madrid) baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Mançester Yunayted”ə karşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mətbuat konfransında çıxış edən argenti̇nalı mütəxəssis rəqibin güclü cəhətlərini təhlil edərək xüsusi xəbərdarlıq edib.
Simeone İngiltərə təmsilçisinin oyun üslubunu yüksək qiymətləndirib:
“Mançester Yunayted” rəqib meydançasında böyük təzyiq yaradır. Onlar çox aqressiv və yüksək intensivliklə oynayırlar, pressinqin ilk fazasında vaxt qazanmaq üçün ağıllı manevrlər edirlər və heyətlərində cəld futbolçular yer alıb. Meydana ən yaxşı “11-liyi” buraxmalı və oyuna ilk dəqiqələrdən başlayan futbolçuları soyuqqqanlılıqla idarə etməliyik. Mübarizə uzun sürəcək, bu səbəbdən layiqli müqavimət göstərmək üçün gücümüzü düzgün bölüşdürməliyik. Həm müdafiədə, həm də hücumda balans saxlamağımız həmişə bizim ən güclü tərəfimiz olub”.





