İdman · Futbolpress.az

Sanço ərəbləri arzulayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sanço ərəbləri arzulayır xəbəri üçün şəkil

“Çelsi”nin və “Mançester Yunayted”in sabiq futbolçusu Ceydon Sanço karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, vinger menecerlər vasitəsilə bu ölkənin klublarına təklif olunub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sanço daha əvvəl “Xetafe” və “Vest Hem”dən təklif alıb. Ancaq futbolçunun yüksək maaş tələbinə görə keçid alınmayıb.

İngiltərəli futbolçu arzuladığı məvacibi yalnız ərəb klublarının qarşılaya biləcəyini düşündüyü üçün diqqətini bu ölkəyə yönəldib.

Vinger bundan əvvəl “Mançester Yunayted”, “Çelsi”, “Borussiya Dortmund”, “Aston Villa” kimi klublarda forma geyinib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑