“Xankəndi” futbol klubunun məşqçilər heyətində yeni təyinat gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Klubun qapıçı məşqçisi vəzifəsinə Seymur Bəydəmirov gətirilib. Təcrübəli mütəxəssis bundan sonra komandanın qolkiperlərinin hazırlığına məsuliyyət daşıyacaq.




