İdman · Futbolpress.az

Məhəmmədəli Avropa çempionu oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məhəmmədəli Avropa çempionu oldu xəbəri üçün şəkil

Monteneqronun Budva şəhərində təşkil olunan boks üzrə U-17 Avropa çempionatında Azərbaycan milli komandası növbəti böyük uğura imza atıb.

Futbolpress.az xəbər verir ki, 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmmədəli İstamov bütün rəqiblərini üstələyərək qitə çempionu adını qazanıb. Boksçumuz çempionluq döyüşündə İngiltərə təmsilçisi Con Elamla üz-üzə gəlib. Hakimlərin 4:1 hesablı qərarı ilə (29:28, 30:27, 28:29, 29:28, 29:28) qalib gələn İstamov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu nəticə ilə Azərbaycan yığması U-17 Avropa çempionatındakı çıxışını 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.

Qeyd edək ki, komandamızın heyətində İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq) və Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc medala sahib çıxıblar. 40 ölkədən 473 boksçunun (314 oğlan, 159 qız) qatıldığı yarış qitənin ən güclülərini bir araya gətirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑