İdman · İdman.biz

İsveçdə inanılmaz oyun: Bir hissədə 11 qol vuruldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsveçdə inanılmaz oyun: Bir hissədə 11 qol vuruldu xəbəri üçün şəkil

İsveç futbol çempionatında AİK və “Brommapoykarna” komandaları arasında keçirilən qarşılaşma tarixi nəticə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, çempionatın 23-cü turunda Stokholmdakı “Strouberri Arena”da təşkil olunan görüş qonaqların 6:5 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ilk hissəsi qolsuz yekunlaşsa da, ikinci hissədə 11 qol vurulub. Bu, İsveç yüksək liqasında bir hissədə qeydə alınan qol sayına görə yeni rekorddur.

Hesab 48-ci dəqiqədə Simon Strandın qolu ilə açılıb. Yeddi dəqiqə sonra Abdihakim Əli tarazlığı bərpa edib. Bundan sonra “Brommapoykarna” 11 dəqiqə ərzində dörd dəfə fərqlənib. Kamilcan Severin dublu, Vilmer Odefalk və Anton Kuroçkinin qolları sayəsində qonaqlar 70-ci dəqiqədə 5:1 hesabı ilə önə keçiblər.

Lakin meydan sahibləri mübarizəni dayandırmayıblar. 73-cü dəqiqədə Taha Ayari fərqi azaldıb. Ehtiyatdan meydana daxil olan Siksten Qustafsson isə 81-ci və 83-cü dəqiqələrdə iki qol vuraraq hesabı 4:5-ə çatdırıb.

Matçın əsas vaxtına əlavə olunan səkkizinci dəqiqədə Yohan Hove hesabı bərabərləşdirib - 5:5.

Bununla belə, AİK-in sevinci uzun çəkməyib. Cəmi bir dəqiqə sonra, 90+9-cu dəqiqədə Mads Hansen qələbə qolunu vuraraq “Brommapoykarna”ya üç xal qazandırıb.

Beləliklə, “Brommapoykarna” İsveç yüksək liqasında AİK üzərində ilk qələbəsini əldə edib. Qarşılaşma isə bir hissədə vurulan 11 qolla çempionatın tarixinə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑