İdman · Futbolpress.az

Liqa 1: “Strasburq”dan böyükhesablı qələbə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Liqa 1: “Strasburq”dan böyükhesablı qələbə xəbəri üçün şəkil

Fransa Liqa 1-də IX turun növbəti oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, günün ən böyükhesablı qələbəsinə “Strasburq” imza atıb. Meydan sahibləri öz azarkeşləri önündə “Oser”i 5:1 hesabı ilə darmadağın ediblər. Qaliblərin heyətində Jessim Yassin dubl edib, Dario Essuqo, Marsial Qodo və Konrad Harder hərəyə də bir dəfə fərqləniblər.

Günün əsas sensasiyası isə “Paris” – “Monako” matçında yaşanıb. Paytaxt təmsilçisi iddialı rəqibini 3:1 hesabı ilə üstələməyi bacarıb. Meydan sahiblərində Lassin Sinayoko dubla imza atıb, Pablo Pajis isə son nöqtəni qoyub.

“Marsel” öz evində “Tuluza”nı matçın 1-ci dəqiqəsində Amin Harit və 25-ci dəqiqəsində Amin Quirinin vurduğu qollarla 2:0 məğlub edib. “Lion” da eyni hesabla Anje”dən üstün olub.

Qeydə alınan nəticələr:

Fransa Liqa 1

IX tur

Strasburq – Oser 5:1

Qollar: Dario Essuqo, 41, Marsial Qodo, 55, Konrad Harder, 62 (pen.), Jessim Yassin, 77, 85 – Kameron Arçer, 68

Lion – Anje 2:0

Qollar: Ernest Nuama, 38, Korenten Tolisso, 86

Paris FK – Monako 3:1

Qollar: Lassin Sinayoko, 38, 44, Pablo Pajis, 74 – Folarin Baloqan, 65

Marsel – Tuluza 2:0

Qollar: Amin Harit, 1, Amin Quiri, 25

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑