İdman · Azxeber.com

'Yuventus' doğma meydanda 'Napoli'yə şans vermədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Yuventus' doğma meydanda 'Napoli'yə şans vermədi xəbəri üçün şəkil
İtaliya A Seriyasının 2026/2027 mövsümünün 10-cu turunda "Yuventus" doğma meydanda "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Turindəki "Alyans" stadionunda keçirilən görüşün baş hakimi Simone Sozza olub.   Matçın 70-ci dəqiqəsində Kərim-Sem Alaybegoviç hesabı açaraq Turin təmsilçisini önə keçirib. 75-ci dəqiqədə "Napoli"nin futbolçusu Luka Marianuççi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə Jeremi Boqa "Yuventus"un ikinci qolunu vurub.
Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran "Yuventus" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 14 xalı olan "Napoli" isə səkkizinci yerdədir.
Növbəti turda Turin klubu noyabrın 8-də səfərdə "Fiorentina" ilə qarşılaşacaq. Həmin gün "Napoli" isə "Latsio"nu qəbul edəcək.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑