İdman · İdman.biz

Ferstappen Hamiltonun təzyiqindən sağ çıxdı və Kimi Antonelli dünya çempionluğunu təmin etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ferstappen Hamiltonun təzyiqindən sağ çıxdı və Kimi Antonelli dünya çempionluğunu təmin etdi xəbəri üçün şəkil

“Formula-1” üzrə 2026-cı il dünya çempionatının 19-cu mərhələsi olan Meksika Qran-prisi başa çatıb.

İdman.Biz xəbər verir ki, Mexiko şəhərindəki “Hermanos Rodriqes” avtodromunda keçirilən yarışda “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen qalib gəlib.

71 dövrəlik mübarizədə “Ferrari”nin britaniyalı sürücüsü Lyuis Hemilton ikinci, “Mercedes”in italiyalı pilotu Kimi Antonelli isə üçüncü yeri tutub.

Bu nəticə ilə Kimi Antonelli “Formula-1” tarixinin ən gənc dünya çempionu olub. 20 yaşlı italiyalı mövsümün başa çatmasına dörd mərhələ qalmış ümumi sıralamada birinci yeri təmin edib. O, 20 yaş, iki ay və yeddi günlük olarkən çempionluğunu rəsmiləşdirərək Sebastyan Fettelin rekordunu yeniləyib.

Yarış gərgin mübarizə ilə yadda qalıb. İlk dövrədə Hemiltonla komanda yoldaşı Şarl Lekler arasında insident yaşanıb. Epizoddan sonra Leklerə beş, Corc Rassellə isə başqa insidentə görə 10 saniyəlik cəza verilib.

45-ci dövrədə “Cadillac”ın pilotu Valtteri Bottasın ağır qəzası səbəbindən qırmızı bayraqlar göstərilib. Təhlükəsizlik baryerlərinin bərpası üçün yarış təxminən 40 dəqiqə dayandırılıb.

Mübarizə bərpa olunduqdan sonra Ferstappen liderliyini qoruyub. 59-cu dövrədə Arvid Lindbladın qəzası nəticəsində təhlükəsizlik avtomobili yenidən trasa çıxsa da, niderlandlı pilot son dövrələrdə Hemiltonun təzyiqinə tab gətirərək finiş xəttini birinci keçib.

“Ferrari”nin digər sürücüsü Şarl Lekler dördüncü, “Maklaren”in britaniyalı pilotu Lando Norris isə beşinci olub.

Meksika Qran-prisinin ilk onluğu:

1. Maks Ferstappen - Red Bull

2. Lyuis Hemilton - Ferrari

3. Kimi Antonelli - Mercedes

4. Şarl Lekler - Ferrari

5. Lando Norris - McLaren

6. Corc Rassell - Mercedes

7. Oskar Piastri - McLaren

8. Franko Kolapinto - Alpine

9. Liam Louson - Racing Bulls

10. Pyer Qasli - Alpine

Qeyd edək ki, mövsümün növbəti mərhələsi noyabrın 8-də Braziliyada keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑