Fransa Liqa 1-də VIII turun növbəti oyunları başa çatıb.
Futbolpress.az xəbər verir ki, günün ən məhsuldar matçında “Marsel” öz meydanında “Le Havr”ı qəbul edib. 7 qolun vurulduğu trillerdə meydan sahibləri 4:3 hesabı ilə çətin qələbə qazanıblar.
“Renn” öz evində “Strasburq”u darmadağın edib – 3:0. Meydan sahiblərində Sebastian Şimanski dubla imza atıb, digər qolu isə Bule Dia vurub.
“Monako” isə doğma meydanda “Lill”lə xalları yarı bölüb (1:1). Qonaqlar Etan Mbappenin qolu ilə önə keçsələr də, Edan Diop 74-cü dəqiqədə knyazlıq təmsilçisinə 1 xal gətirən qolu vurub.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
VIII tur
Monako – Lill 1:1
Qollar: Edan Diop, 74 – Etan Mbappe, 24
Anje – Loryan 0:0
Oser – Le Man 1:1
Qollar: Kameron Arçer, 56 – Lukas Buades, 48
Marsel – Le Havr 4:3
Qollar: Si Cey Eqan-Rayli, 5, Timoti Vea, 33, İqor Payşao, 50, Himad Abdelli, 55 – Joş Maja, 77 (pen.), 89, Məhəmməd N’Diaye, 86
Renn – Strasburq 3:0
Qollar: Bule Dia, 34, Sebastian Şimanski, 41, 61
Tuluza – Trua 0:0





