İngiltərə Premyer Liqasında VIII turun növbəti oyunları başa çatıb.
Futbolpress.az xəbər verir ki, günün əsas şoku “Old Trafford” stadionunda yaşanıb. “Mançester Yunayted” doğma azarkeşləri önündə “Bornmut”u qəbul edib və gözlənilmədən 0:3 hesabı ilə darmadağın olub. Qonaqların heyətində Rayan, Markus Tavernye və Evanilson fərqlənərək səfər qələbəsinə imza atıblar.
“Liverpul” isə öz meydanında “Brayton”u hər iki hissədə vurduğu qollarla məğlub edib – 2:0. Hesabı Paskal Qross avtoqolla açıb, Aleksandr İsak isə matçın nöqtəsini qoyub. “Nyukasl Yunayted” səfərdə “Kristal Pelas”ı Uilyam Osula və Harvi Barnsin qolları ilə 2:0 hesabı ilə üstələyib. “Hall Siti” – “Brentford” qarşılaşmasında tərəflər hərəyə bir qol vuraraq sülhə razılaşıblar (1:1). Turun son matçında “Sanderlend”lə “Lids Yunayted” qolsuz bərabərlərlə xalları yarı bölüblər.
Qeydə alınan nəticələr:
İngiltərə Premyer Liqası
VIII tur
Kristal Pelas – Nyukasl Yunayted 0:2
Qollar: Uilyam Osula, 47, Harvi Barns, 58
Hall Siti – Brentford 1:1
Qollar: Oliver Makberni, 24 (pen.) – Danqo Ouattara, 63
Liverpul – Brayton 2:0
Qollar: Paskal Qross, 17 (avtoqol), Aleksandr İsak, 21
Mançester Yunayted – Bornmut 0:3
Qollar: Rayan, 38, Markus Tavernye, 43, Evanilson, 71
Sanderlend – Lids Yunayted 0:0





