İdman · Futbolpress.az

İngiltərə Premyer Liqası: Londonlulara 1 qol bəs etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İngiltərə Premyer Liqası: Londonlulara 1 qol bəs etdi xəbəri üçün şəkil

İngiltərə Premyer Liqasında IX turun növbəti oyunları yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Enfild” stadionunda baş tutub. “Liverpul” öz meydanında “Arsenal”ı qəbul edib. Gərgin keçən görüşün 16-cı dəqiqəsində Kay Haverts fərqlənərək “topçular”a səfərdə 1:0 hesablı vacib qələbə qazandırıb.

Günün digər qarşılaşmasında isə “Aston Villa” doğma azarkeşləri önündə “Fulhem”lə bərabərə qalıb – 1:1. Birmingem təmsilçisi 39-cu dəqiqədə Nikolas Ceksonun qolu ilə hesabda önə keçsə də, 64-cü dəqiqədə Sion Suzukinin avtoqolu matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeydə alınan nəticələr:

İngiltərə Premyer Liqası

IX tur

Aston Villa – Fulhem 1:1

Qollar: Nikolas Cekson, 39 – Sion Suzuki, 64 (avtoqol)

Liverpul – Arsenal 0:1

Qol: Kay Haverts, 16

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑