İdman · Futbolpress.az

İnfantinodan başsağlığı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantinodan başsağlığı xəbəri üçün şəkil

FIFA prezidenti Canni İnfantino İspaniya “Tenerife”sinin hücumçusu Xesus de Migelin faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri rəsmi sosial şəbəkə hesabında paylaşım edərək 30 yaşlı forvardın ölümünün kədərini bölüşüb:

“Tenerife”nin futbolçusu Xesus de Migel Alamedanın faciəvi ölüm xəbərini dərin kədərlə qarşıladıq. Onun vəfatı əsl faciədir. Ailəsi, dostları və onu tanıyan hər kəs Xesus üçün çox darıxacaq. FIFA və bütün dünya futbol ictimaiyyəti adından bu çətin günlərdə onun ailəsinə, yaxınlarına və “Tenerife” klubunun kollektivinə başsağlığımı çatdırıram. Ruhu şad olsun”.

Qeyd edək ki, ağır hadisə Sequndanın 12-ci turundakı “Andorra” ilə qarşılaşmada baş verib. Matçın 90+7-ci dəqiqəsində rəqib qapıçı Xesus Ovonyo ilə toqquşan de Migel huşunu itirib. Ürək və tənəffüs fəaliyyəti dayanan hücumçu həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Tenerife” klubu noyabrın 3-də futbolçunun vəfat etdiyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑