İdman · İdman.biz

“Vikinq”in məşqçisi “Sabah” haqqında: “Çoxlarının tanımadığı, amma yaxşı komandadır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Vikinq”in məşqçisi “Sabah” haqqında: “Çoxlarının tanımadığı, amma yaxşı komandadır” xəbəri üçün şəkil

Norveçin “Vikinq” klubunun baş məşqçilərindən biri Byarte Lunde Orşeym Çempionlar Liqasında “Sabah”la keçirəcəkləri oyun barədə danışıb.

İdman.Biz Norveçin VG nəşrinə istinadən xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisinin güclü komanda olduğunu etiraf edib.

“Bu, uğurlu nəticə qazanacağımıza inandığımız və bunu istədiyimiz oyundur. Çempionlar Liqasıdır. Çoxlarının eşitmədiyi komandadır, amma şübhəsiz ki, yaxşı komandadır”, - deyə Orşeym bildirib.

Norveç nəşri “Vikinq”in Çempionlar Liqasında ilk dəfə favorit statusunda meydana çıxacağını da vurğulayıb.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-də Stavanger şəhərində keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑