BAKI, 3 noyabr. TELEQRAF
CEV Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” klubu bu gün ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz bu mərhələdə Portuqaliyanın “Sporting CP Lisboa” klubu ilə qarşılaşıb. Bakıda, FHN-in idman zalında təşkil olunan maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə rəqib komanda 3:2 hesabı ilə qələbə qazanıb.
Komandalar arasında cavab oyunu noyabrın 11-də Portuqaliyada keçiriləcək.
CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)
3 noyabr 2026 (1-ci oyun)
”Xilasedici” -”Sporting CP Lisboa” 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)




