Azərbaycan Kubokunun II təsnifat mərhələsində səfərdə “Kəpəz”ə uduzan “Baku Sportinq”in baş məşqçisi Bəxtiyar Soltanov oyundan sonra keçirilən mətbuat konfransında iştirak etdi.
Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirdi:
– İlk növbədə, rəqib komandanı qələbə münasibətilə təbrik edir və növbəti mərhələ oyunlarında onlara uğurlar arzulayıram. Matça gəlincə, göstərdikləri oyuna görə futbolçularıma çox təşəkkür edirəm. Mənim rəhbərliyim altında məşqlərə cəmi iki gündür başlamışıq. Buna baxmayaraq, futbolçularım meydanda sonadək əzmkar mübarizə apardılar. Düzdür, uduzduq, amma inanıram ki, bu görüşdə qazandığımız təcrübə gələcək oyunlarda bizə çox şey verəcək.
Ayxan Zayıdzadə



