İdman · Futbolpress.az

Bundesliqa: “Bayer” səfərdə məyus oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bundesliqa: “Bayer” səfərdə məyus oldu xəbəri üçün şəkil

Almaniya Bundesliqasında VII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki,günün əsas sensasiyası Zinsheymdə qeydə alınıb. “Hoffenhaym” öz meydanında “Bayer”i (Leverkuzen) qəbul edib. Qarşılaşmanın böyük hissəsi qolsuz keçsə də, meydan sahibləri matçın son tərəfində rəqibini darmadağın ediblər. Andrey Kramariç, Aleksandr Prass və Maks Mörstedtin ardıcıl vurduğu qollarla “Hoffenhaym” 3:0 hesablı zəfərə imza atıb.

Turnir cədvəlində zirvə uğrunda mübarizədə isə “Bavariya” səfərdə “Frayburq”un qonağı olub. Münhen təmsilçisi görüşdə üstünlüyü qoruyaraq 3:1 hesablı qələbə qazanıb.

Qeydə alınan nəticələr:

Almaniya Bundesliqası

VII tur

Hoffenhaym – Bayer (Leverkuzen) 3:0

Qollar: Andrey Kramariç, 79 (pen.), Aleksandr Prass, 89, Maks Mörstedt, 90+5

Frayburq – Bavariya 1:3

Qollar: Tom Bişof, 82 (avtoqol) – Dayo Upamekano, 16, Serj Qnabri, 42, Maykl Olise, 90+5

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑