İdman · İdman.biz

Qari Nevill “Mançester Yunayted”in çıxışından narazılığını bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qari Nevill “Mançester Yunayted”in çıxışından narazılığını bildirib xəbəri üçün şəkil

İngiltərənin “Mançester Yunayted” futbol komandasının sabiq müdafiəçisi Qari Nevill klubun hazırkı vəziyyətindən narahatlığını ifadə edib.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis “Mançester Yunayted”in uğursuz nəticələri fonunda komandadakı problemlərin dərinləşdiyini bildirib.

“Qırmızı şeytanlar” bütün turnirlərdə keçirdikləri son yeddi qarşılaşmada qələbə qazana bilməyiblər. Komandanın Çempionlar Liqasında “Komo”ya 1:4 hesablı məğlubiyyəti də tənqidləri artırıb.

Böhran fonunda kapitan Brunu Fernandeşin baş məşqçi Maykl Karrikin taktiki yanaşması barədə açıqlamaları ayrıca müzakirə mövzusuna çevrilib.

Klub rəhbərliyinin Karrikin gələcəyi ilə bağlı narahatlıq keçirdiyi bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” bu gün “Bornmut”a öz meydanında 0:3 hesabı ilə məğlub olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑