İdman · Futbolpress.az

Berdiyev: “Bakıda 2 xal itirdik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Berdiyev: “Bakıda 2 xal itirdik” xəbəri üçün şəkil

Misli Premyer Liqasının IX turunda səfərdə “Neftçi” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanı dəyərləndirdi:

– Paltardəyişmə otağında futbolçulara göstərdikləri səyə və əzmkarlığa görə təşəkkür etdim. Rəqib komanda azlıqda qalanadək də meydanda üstün tərəf biz idik. Qırmızı vərəqədən sonra isə hücumda çoxlu məqamlar və qol epizodları əldə etdik, lakin təəssüf ki, onların heç birini reallaşdıra bilmədik. Qələbə qazanmalı olduğumuz matçda 3 xal ala bilməməyimiz bizim üçün çox üzücüdür.

– Heç-heçəni qazanılan 1 xal sayırsınız, yoxsa itirilən 2 xal?

– Düşünürəm ki, bu gün Bakıda 2 xal itirdik.

– Qapınızda gördüyünüz qol epizodunda qapıçının çıxışını necə dəyərləndirirsiniz?

– Həmin epizodda təkcə qapıçının yox, ümumilikdə bütün komandanın səhvi var idi. Orada sırf bir nəfəri günahlandırmaq olmaz, xırda detallar çox idi.

Ayxan Zayıdzadə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑