“Barselona” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Xavi Espart zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ dizindən xəsarət alan futbolçu azı iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Espart “Barselona”nın yetirməsidir. O, bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Kataloniya klubu bir müddət əvvəl futbolçu ilə yeni müqavilə imzalamışdı.



