Azərbaycanın “Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” komandasını qəbul edəcək.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
İlk iki turda məğlubiyyətlə üzləşən “Sabah” Fransa təmsilçisi ilə görüşdə turnirdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabı ilə uduzub.
FIBA Çempionlar Liqası
Müntəzəm mövsüm, III tur
27 oktyabr
20:00. “Sabah” – “Nanter 92”
Milli Gimnastika Arenası


